wrapper

Beaking News

lgbrw2 Fevral 2015 – ci il tarixindən etibarən Nəfəs LGBT Azərbaycan Alliansı Azərbaycan daxilində öz rəsmi fəaliyyətini dayandırır. Ölkədəki ictimai – siyasi vəziyyətin daha da dərinləşməsi, insan hüquq və azadlıqları sahəsində çalışan fərd və kollektivlərə qarşı siyasi hakimiyyət tərəfindən təzyiq, təqib və  həbslərin artması, təşkilatın idarəedici üzvlərinin şəxsi həyatına qarşı real təhlükələrin mövcudluğu bu addımı atmağa məcbur edir.

Belə bir qərarın qəbul edilməsi bizlərdə təəssüf hissi yaradır. Belə ki, 2015 – ci il Bakı Avropa Oyunları zamanı “Bərabərlik Üçün Yarış!”( Eng: Compete4Equality) kampaniyasını həyata keçirməyi planlaşdıran təşkilat olaraq bu fəaliyyətin Azərbaycan daxilində reallaşdırılmasının mümkünsüz olduğu qənaətindəyik. Səbəblərdən biri QHT qanunvericiliyinə olan dəyişikliklərdir. Nəfəs LGBT Azərbaycan Alliansı qeydiyyat sənədlərini 2 dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərdiyi halda heç bir rəsmi nəticə əldə olunmayıb. Qeydiyyata alınmamağın əsas səbəbi Nəfəs LGBT təşkilatının Azərbaycanda insan hüquq və azadlıqları timsalında LGBT hüquqlarının vəziyyətini, qanunvericilikdə olan çatışmazlıqları, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq təşkilatlar qarşısında öz LGBT hüquqları ilə əlaqədar öz üzərinə götürdüyü vəzifə və öhdəlikləri yerinə yetirməməsini ictimailəşdirməsi, ən əsası dövlətin insan hüquq və azadlıqları sahəsində çalışan azad QHT – lərin fəaliyyətində maraqlı olmamasıdır. Bu məqsədlə qəbul edilən QHT – lər haqqında mövcud qanunvericilik Nəfəs LGBT Azərbaycan Alliyansının fəaliyyətini dayandırmasına səbəb olur. Çünki, qeydiyyatsız bir təşkilat olaraq fəaliyyət göstərmək təşkilat rəhbərliyi üçün cinayət məsuliyyətinə cəlb edilmə kimi real təhlükə yaradır. Belə ki, qanunvericiliyin müzakirəyə çıxarılması zamanı Nəfəs LGBT Təşkilatının rəhbərliyi Avropa Birliyi , Avropa Birliyi  ölkələri, ABŞ, ATƏT – in Bakıdakı səfirlikləri ilə görüşlər keçirərkən bu qanunvericiliyin demokratikləşmə istiqamətində aparılan bir islahat deyil də, QHT institutlarını zərərləşdirilməsinə xidmət etdiyini bildirmişdi. Buna bariz nümunə olaraq qanunvericiliyin qəbulundan sonra bir sıra aparıcı insan hüquq və azadlıqları sahəsində çalışan QHT rəhbərlərinin əsassız ittihamlarla həbs edilməsini göstərə bilərik. Qeyd edilən məqamları nəzərə alaraq təşkilat ölkə daxilindəki fəaliyyətini dondursada, təşkilat fəaliyyətini dayandırmır. Nəfəs LGBT Azərbaycan Alliansı Avropa və ABŞ – da olan üzvlərinin vasitəsi ilə ölkədən kənarda fəaliyyətini davam etdirəcəkdir. Bu fəaliyyət daha çox Beynəlxal Təşkilatlarla əməkdaşlıqların daha da sıx olması, ölkədəki insan hüquq və azadlıqlarının, o cümlədən, LGBT hüquqlarının durumuna dair kampaniyaların aparılması, Avropa və Amerikada yaşayan Azərbaycanlı LGBT – lərin şəbəkəsinin qurulması kimi məsələlər daxildir.

Son redaktə Bazar, 01 Aprel 2018

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Twitter